top of page
Search

Pantone 2020-ci ilin rəngini elan etdi: PANTONE® 19-4052 Classic Blue

nargiz guluzada
Dec 5, 2019
2 min read



“Sonsuz axşam səmasını xatırladan sərhədsiz göy düşüncəmizi genişləndirmək üçün mövcud olandan daha artığını görməyə ruhlandırır, daha dərindən düşünməyə, baxış bucağımızı genişləndirməyə və ünsiyyətə açıq olmağa sövq edir.” — Leatris Eysman, Pantone Rəng İnstitunun icraçı direktoru.




Pantone-nun rəng ekspertləri 20 il əvvəl ilk dəfə ilin rəngini elan edəndə, onlar bilirdilər ki, risk edirlər. O zamanlar Pantone-nu çox az adam tanıyırdı. Küçədə təsadüfi adama Pantone nədir? sualını versələr, “şampun adı? italyan çörəyi?“ kimi reaksiyalar verərdilər, Leatris belə deyir.

Pantonun ilk rəng proqnozu 2000-cu ildə Mavi Səma (Cerulean Blue) olub. Yeni milleniumun Mavi səma rənginə boyanmasından 20 il sonra, Pantonun rəng proqnozları bir çox sənayelər üçün əsas avtoritetidir. Və bu gecə Pantone 2020-ci ilin rəngini elan etdi — sakit, axşam səmasını və okean dərinliyini xatirladan Klassik Göy.

Bəs bilirsiniz ki, göy rəng dünyada ən çox bəyənilən rəngdir? Göy rəng interyerdə hər cür və hər yerdə istifadə olunur. Amma “göyün hansı tonu?“ — sual budur! Düzgün ton seçmək vacibdir və bu o qədər asan deyil. Bu işdə sizə interyer üzrə dizaynerlər və dekoratorlar kömək edə bilər.

Bu gün isə biz ilin rəngi olan Klassik Göy-dən danışacağıq. Bu zəngin rəngi interyerinizdə istifadə etmək qərarına gəlmisinizsə, bəzi məqamlara diqqət yetirməlisiniz.

Göy rəngdən həm sakitləşdirici effekt yaratmaq, həm də dramatik görünüş yaratmaq olar. Sakitləşdirici effektinə görə daha çox yataq otağı, vanna otağı, lounge, spa zonalarda istifadə olunur. Qonaq otağı, uşaq otağı, mətbəxdə daha çox aksent rəng kimi istifadə olunur. Məsələn, pufflarda, pərdələrdə, kreslolarda, divar rəsmlərində, balınclarda. Amma bu, tamamilə Sizin seçiminizdən asılıdır. Evinizin geniş və işıqlı görünməyini istəyirsinizsə, bu rəngi divarlarda istifadə etməkdən çəkinin. Yox, əgər evdə romantik və ya dramatik abu hava yaratmaq istəyirsinizsə, onda düzgün işıqlanmaya diqqət yetirin. Otaqda spotlar, çilçıraq, torşer və ya divar işığı, dekorasiya üçün şamlar istifadə edin və isti işığa üstünlük verin ki, soyuq göy rəngi neytrallaşdırsın.

Bəs Klassik Göy-ni hansı rənglərlə uyğunlaşdırmaq olar?

Klassik göy bir çox rənglərlə uyğunlaşdırıla bilər: ağ, boz, koral rəngi, qırmızı, terrakotta, mavinin tonları, bənövşəyi, sarı, narıncı. Açıq və neytral rənglərlə uyğunlaşdırdıqda sakitləşdirici, parlaq rənglərlə uyğunlaşdırıldıqda dinamik və dramatik görüntü yaradır. İstənilən halda göy rəng uğurlu kombin olunduqda çox effektiv görünür, xüsusilə də qızılı rənglə. Aşağıdakı qalereyada görəcəyiniz interyerlərdə Klassik Göyün müxtəlif rənglərlə münasibətini, həm dominant, həm aksent rəng kimi necə istifadə olunduğunu görə bilərsiniz.








 
 
 

Comments


bottom of page