InterContinental Lyon–Hotel Dieu oteli
Fransız dizayneri Jan-Filipp Nuel özünün şah əsərini bitirdi. Layihə InterContinental otellər setinə təqdim olunduqdan 10 ildən sonra, yeni otel Lionun əfsanəvi tarixi binasında öz qapılarını açdı.

InterContinental Lyon–Hotel Dieu oteli 2011-ci ildə abidə elan olunmuş tarixi L’Hotel Dieu binasında yerləşir. «Lionun Tanrı evi» 8 əsr (!) şəhər xəstəxanası kimi fəaliyyət göstərmişdir. Məhz bu binada 1532-1535-ci illərdə Fransua Rable həkim kimi işləmiş, ona dünya şöhrəti gətirən «Qarqantua və Pantaqruel» romanını yazmış və nəşr etdirmişdir.
Daxili həyətlər, qalereyalar və bağlarla birlikdə binanın sahəsi 8 0000 kv.m.-dir. Onun fasadı 360 metrə qədər Rona çayına qədər uzanır, mərkəzdə isə XVIII əsrə aid, 32 metr hündürlüyündə, Paris Panteonunun memarı Jak-Jermen Sufflonun layihəsi olan kupol dayanır. 2015-ci ildə tibbi xidmətlər tamamilə başqa binalara köçürüldü və böyük renovasiya və restavrasiya başlanıldı.
Grand Hôtel-Dieu, şəhər üçün böyük hadisəyə çevrilən misli görünməmiş dəyişikliyə məruz qaldı.
Fransanın ən böyük şəxsi rekonstruksiyası, bu binada dünyaya gələn lionlu nəslin hisslərinə toxundu.

Hazırda otellə yanaşı, burada, butiklər, dəbli barlar və restoranlar yerləşir. Cəmi 51 500 kv.m. sahə yenilənib, ticarət sıralarına çevrilən hissələr 4 tematik istiqamətə bölünüb: qastronomiya, moda, dizayn və sağlam həyat tərzi. Bordo və Marseldə olduğu kimi InterContinental Lionda da iş adamlarını və turistləri cəlb edən lüks və geniş bina olmalı idi.

Birinci mərtəbədə, qalların atçılıq və səyahət ilahəsinin şərəfinə adlandırılan Epona restoranı yerləşir. Yuxarısındakı Le Dôme barı görüşlər üçün ən gözəl yer hesab olunur. O, rekonstruksiya üçün 800 ustanın çalışdığı kupolun altında yerləşir.

1325 kv.m. sahəsi olan konfrans mərkəzi L’Académie12 danışıq otağı və yığıncaq zalından ibarətdir və Lionun bu rayonunun ən böyük ofis təkliflərindən sayılır. Həmçinin burada 24 saat işləyən fitnes-spa mərkəzi yerləşir. InterContinental klubunun üzvlərinə xüsusi qapalı Club InterContinental Lounge-a giriş izni verilir. Burada "quş baxışı"ından ətrafa gözəl mənzərə açılır.
144 nömrədə (34 lüks daxil olmaqla) — 5 ulduzlu otelin bütün standartlarına cavab verən, Jan Filipp Nuel tərəfindən tərtib edilmiş dizaynı görmək olar.

Ən gözəl tarixi binaların yenilənməsi ilə (Molitor , Dieu de Marseille) tanınan fransız interyer dizayneri, müasir eleqant stil ilə tarixi memarlığın gözəlliyini bacarıqla birləşdirib.
Onun «monastr incəliyi» kimi xarakterizə etdiyi «sadə lüks» konsepsiyası, xüsusilə, Lionda hazırlanmış parket döşəmə, ipək panel pərdələr, mozaik dekorla illustrasiya olunur. Burada keçmiş xəstəxananın sadə dekoru ilə xarici memarlığın heyrətamiz lüks və zənginliyinin kontastı vurğulanır.
Bu kontrast ən çox kupolun dekorunda, həmçinin nömrələrdə hiss olunur: Maison Verel de Belval-dan incə lion ipək parçaları sərt materiallarla uyğunlaşdırılır. Belə kombinasiyaları ictimai yerlərdə də tapmaq olar.
Foto: Nicolas Matheus, Eric Cuvillier



Comments