Müasir klassika necə olmalıdır?
Updated: Aug 5, 2019

Keçən əsrlərin dəbdəbəli interyerləri hamını valeh edir. Amma müasir dövrdə həmin dövrə aid bəzi əşyalar öz aktuallığını itirib, evlərin sahələri kiçilib və həyat ritmi sürətlənib. Bütün bu səbəblərdən XIX əsrdə klassik alternativi, nəsiblik və zərifliyin birləşməsi - müasir klassika və ya neoklassika üslubu yaranıb.
Bəs neoklassika üslubunun əsas xüsusiyyətləri və prinsipləri hansılardır?

1. Layihə
Bu üslubda dizayn üçün ən münasib layihə geniş sahəsi, hündür tavanı və böyük pəncərələri olan layihədir. Mebel yerləşimində simmetriya və proporsionallıq vacibdir.

2. Material
Dizayn edərkən yaxşı olar ki, ənənəvi materiallardan istifadə edilsin : ağac, təbii daş, metall, şüşə, keramika. Divarlarda daha çox pastel tonlarında divar boyası və ya xırd, sakit rəsmli divar kağızı istifadə olunur. Döşəmə parket və ya massiv ağacla, keramika və ya mərmərlə örtülür. Qonaq otağı, yataq otağı və uşaq otağında birtonlu, zərif rəsmli və ya ornamentli xalçadan istifadə olunur.

3. Rəng qamması
Rəng qamması konservativdir. Əsas palitra pastel və təbiət tonlarından ibarətdir: ağ, qum rəngi, oxra, qızılı, bej, qəhvəyi, boz. Bunlar fon kimi çıxış edir və otaqda ümumi abu-havanı yaradır.
Rəngli aksentlər və tünd rənglərdən istifadə ilə interyerdə səliqə və həndəsilik yaratmaq olar. Daha bir metod yumşaq rəng keçidləridir. Məsələn, ağdan tədricən daha tünd tonlara keçid.

4. Mebel
Mebel seçərkən zövq və büdcə nəzərə alınır. O hər cür ola bilər: dəbdəbəli və ya sakit, maili və ya düz ayaqlarla, dekorla və ya sadə. Ən əsası rahatlıq və funksionallıqdır.
5. Dekor
Dekor lazımi qədər, artıq olmamaq şərti ilə istifadə olunur. İnteryerin nəcibliyinə yüngül işarələr kifayətdir: qalın ipəkdən olan düz pərdələr, xrustal vazalarda canlı güllər, massiv çərçivədəgüzgülər. Hər şey interyerə uyğun, lazımlı olmalı, muzeyi xatırlatmamalıdır.
5. İşıqlandırma
Burada işıq sadəcə praktik deyil, həm də dekorativ funksiya daşıyır. Parlaq asılqanlarla çoxqatlı çilçıraq bütöv otağın əsas dekorasiyasıdır. Onu, simmetrik yerləşdirilmiş divar işığı və ya gözəl abajurlu torşer tamamlayır.
Son nəticə olaraq, üslubun əsas xüsusiyyətləri:
● geniş sahə;
● evin mərkəzi – qonaq otağı;
● simmetriya və proporsionallıq;
● keyfiyyətli materiallar;
● təbii pastel tonları;
● orta dərəcədə dekor
Neoklassikanın ən gözəl xüsusiyyəti odur ki, ənənəvi dizaynı müasir günümüzə uyğunlaşdırmaqla heç vaxt dəbdən düşməyən klassikanın şiklığı və nəcibliyini istifadə etməyə imkan verir. Buna görə də, o, bir çox dizaynerlərin ən sevimli üslubudur.
Ən görkəmli nümayəndələri isə,




Comments