top of page
Search

Marcel Wanders

nargiz guluzada
Feb 25, 2019
2 min read

"Mən öz işimdə tam və dürüst olmaq istəyirəm. Bunun üçün podium tapmaq vacibdir və onu dizaynda tapa bildiyimə görə xoşbəxtəm."

- Marcel Wanders

Marcel Wanders Amsterdamdakı dizayn studiosunda

İkonoklastik. Provakativ. Hətta ziddiyyətli. Marcelin şıltaq təxəyyülü onu 1,900 layihənin müəllifi etdi və dünyaya tanıtdı. O, özünü əsl humanist hesab edir — insan təxəyyülünün filosofu. Amsterdamda son 22 ildə Marcel və onun 60 nəfərlik komandası onun şıltaq, maraqlı və fantastik ideyalarını həyata keçirib. Hollandiyalı dizaynerin repertuarı özündə Bobois, Bisazza, Alessi və Swarovski-dən tutmuş, Pompidu Mərkəzində və MoMA-da incəsənət installyasiyalarına qədər geniş spektri birləşdirir. 2001-ci ildə o öz dizayn markasını yaratdı: Moooi, Marcel Wanders və başqa dizayn ikonları — Maarten Baas, Jurgen Bey və Piet Boon tərəfindən dizayn edilmiş mebelləri istehsal edir və satır.

Bu dünyaca məşhur dizayn ikonu tezliklə Bakıda qonaq olacaq. Əgər martın 1-ində Fairmont Otelə gəlib Marcel Wandersi görmək fikrinə düşmüsünüzsə, əvvəlcə onun haqqında qısa məlumat oxumağınız məsləhətdir :)

Marcel Wanders Hollandiyanın Bokstel şəhərində böyüyüb, 1988-ci ildə Arnhem İncəsənət İnstitutunu bitirib. Marcel Wandersin şöhrəti onun Droog Design üçün 1996-cı ildə dizayn etdiyi ikonik Knotted Chair ilə artdı.

Marcel Wanders/ Knotted chair

Artıq onun dizaynını hər yerdə görə bilərik — Avropanı ən böyük dizayn istehsalçıları olan B&B Italia, Bisazza, Poliform, Moroso, Flos, Boffi, Cappellini, Droog Design və özünün yaratdığı, həmçinin art direktoru olduğu Moooi. 2000-ci ildə yaradılan Moooi qısa zamanda dünyaca məşhur brendə çevrilib. Üstəlik, Marcel həm də memarlıq və interyer dizayn layihələri, hətta son zamanlar ev texnikası dizaynı ilə də məşğul olur.



Marcel, International Design Yearbook kitabının 2005 nəşrinin redaktoru olub. Eyni ildə, chef Peter Lute ilə birlikdə dünyanın ən qeyri-adi otellərindən olan LUTE SUITES otelinin təməlini qoyub. Loft-otelin binası 1922-ci ildə tikilib silah istehsalı fabriki kimi fəaliyyət göstərib. İnteryeri rahat ev şəraitində dizayn edilmiş binanın arxitekturası dəyişdirilməyib. İnteryerdə modern və klassik dekorlardan istifadə olunub.


Marcel həmçinin Rotterdamda Blits və Nyu Yorkda Rivington otelində yerləşən Thor restoranının interyerini dizayn edib. O, Droog design şirkətinin ən birinci və ən vacib dizaynerlərindəndir.

O, Rotterdam Design Prize (öz işləri də bir neçə dəfə nominasiya olub), the Kho Liang Ie prize kimi müxtəlif dizayn mükafatlarında jüri olub. SFMoMA, Limn, the Design Academy, Nike, IDFA, FutureDesignDays və dünyanın müxtəlif yerlərində leksiyalar deyib.

Cappellini, Mandarina Duck, Magis, Droog Design və Moooi üçün məhsul dizaynı üzərində işləməyə davam edir, Vitra Summer Workshop-da ikinci dəfə layihə rəhbəri olub.

Marcel Knotted Chair üçün Rotterdam Dizayn Mükafatına və 2001-ci ildə Wired jurnalının ´ilin dizayneri´ mükafatına layiq görülüb. Marcel Wandersin dizayn məhsulları Nyu York və San Fransisko Müasir İncəsənət Muzeyi, Amsterdamda Stedelijk Muzeyi, Rotterdamda Boijmans van Beuningen Muzeyi, Utrextdə Mərkəzi Muzey və Droog Design kimi dünyanın ən vacib dizayn sərgiləri və kolleksiyaları üçün seçilib.


The Mondrian Doha hotel. Interior by Marcel Wanders (2017)

 
 
 

Comments


bottom of page